İranda davam edən münaqişə nəticəsində ölkənin 3,2 milyona qədər sakini məcburi köçkünə çevrilib.
NTV xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ilkin məlumatında bildirilir. Məlumata görə, məcburi köçkün əhalinin əksəriyyəti Tehranı və digər böyük şəhərləri tərk edərək təhlükəsizlik baxımından şimal bölgələrinə və kənd yerlərinə üz tutur.
BMT xəbərdarlıq edir ki, döyüşlər davam etdiyi təqdirdə bu rəqəmlər artacaq. Münaqişə nəticəsində İranda olan qaçqın ailələri, əsasən də Əfqanıstan vətəndaşları zərər çəkib.
