satellite   Azerspace-1: 11135 H 30000

İraqın hava məkanı daha 72 saat bağlı qalacaq

İraqın hava məkanı daha 72 saat bağlı qalacaq

İraqın hava məkanının bağlanma müddəti daha 72 saat uzadılıb.

NTV  İraq Xəbər Agentliyinə istinadla bildirir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi qərar qəbul edib.

Qurumun yaydığı bəyanatda vurğulanıb ki, İraqın hava məkanı bütün uçuşlar üçün 72 saat müddətinə bağlı qalacaq. Qərar martın 16-sı saat 12:00-dək qüvvədə olacaq. Bu addım müvəqqəti ehtiyat tədbiri kimi, eləcə də təhlükəsizlik vəziyyətinin davamlı qiymətləndirilməsi və regiondakı hadisələrin inkişafı əsasında atılıb.

Qeyd edək ki, ötən gecə İraqın qərbində Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus KC-135 tipli yanacaqdoldurma təyyarəsi partlayıb. Hadisə nəticəsində 4 heyət üzvünün öldüyü bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
İlber Ortaylı vəfat edib

16:51 13.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM