satellite   Azerspace-1: 11135 H 30000

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb 1

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb 1

Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı 21-ci sanksiya paketini müzakirə etməyə başlayıblar, lakin yaxın gələcəkdə heç bir praktik qərar qəbul edilməyəcək.

NTV  xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə bildirib.

Diplomatın sözlərinə görə, Aİ-nin daimi nümayəndələri bu gün Avropa Komissiyasının Rusiya və Belarusa qarşı 21-ci məhdudlaşdırıcı tədbirlər paketi ilə bağlı təkliflərini müzakirə etməyə başlayıblar. Bu müzakirə xeyli vaxt aparacaq, çünki onun təsdiqlənməsi üçün yekdil kompromis lazımdır.

İyunun 9-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen əsasən Rusiyanın neft ixracı və bank sisteminə qarşı yönələn 21-ci sanksiyalar paketini təqdim edib. Avropa Komissiyası Aİ-yə üzv ölkələrdən paketin iyun ayı ərzində təsdiqini istəyir.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısına hazırda 2700-dən çox fiziki və hüquqi şəxs və təşkilat daxildir. Bu, Avropa İttifaqı tarixində ən böyük məhdudiyyət mexanizmi olmaqla, bütün digər Aİ sanksiyalarının ümumi sayını üstələyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM