satellite   Azerspace-1: 11135 H 30000

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

İsrail Texnologiya İnstitutunun alimləri kimyaterapiya və digər dərmanlardan istifadə etmədən şişlərin böyüməsini ləngidə bilən nanohissəciklər hazırlayıblar.

NTV İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, araşdırmanın nəticələri “ACS Nano” jurnalında dərc olunub. Tədqiqat xüsusilə aqressiv hesab olunan üçqat mənfi süd vəzi xərçənginə yönəlib.

Siçanlar üzərində aparılan təcrübələrdə nanohissəciklərin şişin böyüməsini ləngitdiyi və immun hüceyrələrin tərkibini dəyişdirdiyi müəyyən edilib.

Alimlər bildirirlər ki, metod hələlik ilkin mərhələdədir və klinik tətbiq üçün əlavə tədqiqatlara ehtiyac var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM