satellite   Azerspace-1: 11135 H 30000

Avropada təbii qaz illik müqayisədə 20%-dən çox bahalaşıb

Avropada təbii qaz illik müqayisədə 20%-dən çox bahalaşıb

Bu ilin iyun ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nağd bazar (spot – red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 15,12 ABŞ dolları səviyyəsində olub.

Bu barədə NTV Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.

Belə ki, iyunda TTF satış mərkəzi üzrə qazın orta qiyməti aylıq müqayisədə 7% azalıb, illik müqayisədə isə 23% artıb.

Hesabatda bildirilir ki, iyun ayında NBP qaz satış qovşağında (Böyük Britaniyanın əsas virtual qaz ticarət məntəqəsidir və Avropada təbii qazın spot bazarı üzrə ən nüfuzlu mərkəzlərdən biri hesab olunur – red.) qazın orta spot qiyməti 14,59 dollar təşkil edib, bu da aylıq müqayisədə 8% azalma, illik müqayisədə isə 24% artım deməkdir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şahbuzda zəlzələ olub

12:25 04.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM