satellite   Azerspace-1: 11135 H 30000

Şimali Koreya PUA-ları Cənubi Koreyanın hava məkanına daxil olub

Şimali Koreya PUA-ları Cənubi Koreyanın hava məkanına daxil olub

Koreya Respublikasının Hərbi Hava Qüvvələri KXDR-ə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Cənubi Koreyanın hava məkanına daxil olması səbəbindən döyüş təyyarələrini havaya qaldırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Yonhap informasiya agentliyi bu barədə Koreya Respublikasının Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 10:25-də Könqido əyalətinin sərhədyanı bölgəsində aşkarlanan PUA-lar hərbi demarkasiya xəttini keçərək Seul, həmçinin Phadju və Kimpho şəhərləri üzərində uçub. Koreya Respublikası buna cavab olaraq hərbi aviasiyasını havaya qaldırıb. Xəbərdarlıq atəşindən sonra pilotsuz uçuş aparatlarının məhvi istiqamətində əməliyyat başlanıb.

İnsident Seul şəhərinin aeroportlarında mülki reyslərin müvəqqəti dayandırılmasına səbəb olub.

Qeyd edək ki, Şimali Koreyaya məxsus pilotsuz təyyarələr sonuncu dəfə demarkasiya xəttini 2017-ci ildə keçmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM