satellite   Azerspace-1: 11135 H 30000

Vladimir Putin yalnız iki Avropa liderini Yeni il münasibətilə təbrik edib

Vladimir Putin yalnız iki Avropa liderini Yeni il münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin hazırkı Avropa liderlərindən yalnız Serbiya prezidentinə və Macarıstanın baş nazirinə Yeni il təbriki göndərib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi İnterfax agentliyinə istinadla xəbər verir ki, Kremlin saytında Rusiya Prezidenti Vladimir Putinin Milad və Yeni il bayramları münasibətilə xarici dövlət və hökumət başçılarına təbrikləri dərc edilib. Avropa liderlərindən yalnız ikisi - Serbiya Prezidenti Aleksandar Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban təbrik olunan liderlər arasındadır.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidentinin ABŞ, Fransa və Almaniya liderlərini Yeni il münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı jurnalistlərin suallarına aydınlıq gətirib: “Hazırda onlarla heç bir əlaqəmiz yoxdur. Prezident adı çəkilən ölkə liderlərinin qeyri-dost hərəkətlərini nəzərə alaraq onları təbrik etməyəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM