satellite   Azerspace-1: 11135 H 30000

Blinken Mərkəzi Asiyaya yola düşüb

Blinken Mərkəzi Asiyaya yola düşüb

ABŞ-nin dövlət katibi Entoni Blinken Qazaxıstan, Özbəkistan və Hindistana səfər etmək üçün yola düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Amerika xarici siyasət idarəsinin rəhbəri tviterdə yazıb.

“Bu gün Qazaxıstan, Özbəkistan və Hindistana səfərə çıxıram. Bu mənim dövlət katibi kimi Qazaxıstan və Özbəkistana ilk səfərim olacaq və mən bizim Mərkəzi Asiyadakı tərəfdaşlıq münasibətlərinin gələcək inkişafını səbirsizliklə gözləyirəm. Oradan “G20” XİN başçılarının müşavirəsində iştirak etmək üçün Hindistana yola düşəcəyəm”, - diplomat qeyd edib.

Xatırladaq ki, daha öncə dövlət katibinin fevralın 28-dən martın 3-dək Qazaxıstan, Özbəkistan və Hindistanda səfərdə olacağı bildirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM