satellite   Azerspace-1: 11135 H 30000

Rusiyadan Polşaya neft tədarükü dayanıb

Rusiyadan Polşaya neft tədarükü dayanıb

Rusiya boru kəməri vasitəsilə Polşaya neft tədarükünü dayandırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Polşanın “Orlen” neft emalı kompaniyasının rəhbəri Daniel Obaytek özünün “Twitter” hesabında yazıb.

“Moskva Polşaya neft tədarükünü dayandırıb. Biz buna tam hazırıq. Rusiyadan ölkəyə yalnız 10 faiz xam neft idxal olunurdu. Onu digər istiqamətlərlə əvəz edəcəyik”, - deyə Daniel Obaytek qeyd edib.

“Orlen” kompaniyası diversifikasiya strategiyası çərçivəsində Şimal dənizi, Qərbi Afrika, Aralıq dənizi hövzəsi, həmçinin Meksika körfəzi və digər istiqamətlərdən tədarüklər hesabına idxal paketini formalaşdırır. Hazırda kompaniyanın əsas tərəfdaşı Saudi Aramco şirkətidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM