satellite   Azerspace-1: 11135 H 30000

Fars - molla rejimi baytar libasında zühur edir - FOTOLAR

Fars - molla rejimi baytar libasında zühur edir<font color=red> - FOTOLAR</font> Fars - molla rejimi baytar libasında zühur edir<font color=red> - FOTOLAR</font>

İran 44 günlük müharibə zamanı əlil olmuş ermənilərə reabilitasiya xidmətləri göstərəcək

İran 44 günlük Qarabağ müharibəsində əlil olan Ermənistan vətəndaşlarının reabilitasiyası ilə bağlı addımlar atacaq. İşğal dövründə ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılarda yaxından iştirak edən, hər iki müharibədə Ermənistanın hamisi olan fars-molla rejimi indi də baytar libasında zühur edir. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə İranın kooperasiya, əmək və sosial təminat naziri Seyid Soulat Mortazavi açıqlama verib.

Bildirilib ki, iranlı nazir Ermənistana səfəri çərçivəsində İrəvanda bu ölkənin əmək naziri Narek Mkrtçyan ilə görüşüb.

"Tehran 44 günlük müharibə zamanı əlil olmuş Ermənistan vətəndaşlarının reabilitasiyasına yardım etməyə hazırdır", - deyə o söyləyib.

İşğal dövründə ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılarda yaxından iştirak edən, hər iki müharibədə Ermənistana hamilik edən fars-molla rejimi indi də baytar libasında zühur edir.Görünür, səfirliyimizdə terror törətməyə qədər simasızlaşan mollalar bütün diplomatik kürsülərdən süpürülüb atıldıqca özlərini bu cür cılız “diplomatiyada” tapırlar.   

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM