satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna son 5 ayda İranın 650 “Şahed” PUA-sını məhv edib

Ukrayna son 5 ayda İranın 650 “Şahed” PUA-sını məhv edib

Son 5 ayda Rusiyanın Ukraynada İran istehsalı olan 650 “Şahed” PUA-sı məhv edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qoşunlarının sözçüsü Yuri İqnat məlumat verib.

Onun sözlərinə görə, həmçinin eyni sayda raket vurulub: “Düşmən əlində qalan silahların azlığına görə taktikanı dəyişə bilər”.

Y.İqnat bildirib ki, hazırda Rusiyada kifayət qədər S-300 raketləri var: “Doğrudur, onlar hədəfə çata bilmirlər. Amma düşməndə bu raketlərdən çoxdur. Ona görə də cəbhə bölgələri hücuma məruz qalır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM