satellite   Azerspace-1: 11135 H 30000

Fransada sudan istifadəyə məhdudiyyət qoyulacaq

Fransada sudan istifadəyə məhdudiyyət qoyulacaq

Fransanın hakimiyyət orqanları quraqlıq səbəbindən bütün respublika ərazisində su çatışmazlığı ilə bağlı vəziyyəti araşdıracaq və mümkün olan bütün regionlarda sudan istifadəyə məhdudiyyət qoyacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fransanın ekoloji keçid və ərazi vahidliyi naziri Kristof Beşyu RMS radiostansiyasının efirində deyib.

Onun sözlərinə görə, ötən il Fransada 700 kommunanın içməli su çatışmazlığı ilə qarşılaşıb və məhdudiyyətlər tətbiq olunmasa, cari ildə sudan əziyyət çəkən kommunaların sayı 2 minə çata bilər.

Fevralın 26-dan başlayaraq, artıq Fransanın cənubunda yerləşən İzer, Buş-dü-Ron, Var və Şərqi Pireney departamentlərində sudan istifadəyə məhdudiyyətlər tətbiq olunub. Yeni qaydalar aprelin 30-dək fiziki şəxslərin avtomobil yumasını, çəməni sulamasını, hovuzları doldurmasını qadağan edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM