satellite   Azerspace-1: 11135 H 30000

Dələduzlar “Amazon” şirkətinin adından istifadə edirlər

Dələduzlar “Amazon” şirkətinin adından istifadə edirlər

İstehlakçı hüquqlarının müdafiəçiləri “Amazon” şirkətinin adından istifadə edilməklə dələduzluq hallarının artması barədə xəbərdarlıq edirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, son vaxtlar cinayətkarların istehlakçılara zəng edərək özlərini “Amazon” şirkətinin əməkdaşları kimi təqdim edirlər. Bu, uydurma əməkdaşlar həmin adamların sifarişləri ilə bağlı yaranmış problemi həll etmək üçün ödəniş məlumatlarını bildirməyi və ya ödənişin ləğv olunmasını tələb edirlər. Cinayətkarlar öz telefon nömrələri ilə manipulyasiya edə bilərlər. Məsələn, displeydə “Amazon” sözü yazılacaq və ya telefon nömrəsi adi nömrə olacaq. Dələduzların pul oğurlamaq üçün dünyaşöhrətli “Amazon” şirkətinə aid məlumatları seçməsi ilk dəfə deyil. Ötən ilin sonunda istehlakçılara məsləhət mərkəzi bu şirkətin adından elektron məktublar yayılmasına qarşı xəbərdarlıq etmişdi. Dələduzlar “fişinq məktublar” deyilən məlumatlardan istifadə etməklə istehlakçıların kompüterinə zərərli proqram təminatı yükləyir və ya məxfi məlumatları əldə edirlər. Buna görə də şəxsi məlumatı, o cümlədən bank rekvizitlərini bildirməmək məsləhət görülür. Hər halda bütün istifadəçilər ehtiyatlı olmalıdırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM