satellite   Azerspace-1: 11135 H 30000

Pakistan Türkiyə və Suriyaya min ton humanitar yardım göndərib

Pakistan Türkiyə və Suriyaya min ton humanitar yardım göndərib

Pakistan Türkiyəyə min ton humanitar yardım yüklənmiş gəmi göndərib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Qeyd olunur ki, “PNS Nasr” gəmisi fevralın 28-də Kəraçi limanından çıxıb və 14 gün sonra Türkiyənin Mersin limanına çatacaq. İki gündən sonra gəmi Suriyaya gedəcək.

Göndərilən yardımlara 1,8 min ədəd böyük qış çadırı, 29 min ədəd adyal, generatorlar, quru yeməklər, dərmanlar və Suriyadakı zəlzələdən zərər çəkənlər üçün geyimlər daxildir.

Nəşr qeyd edib ki, bu, Pakistandan Türkiyəyə göndərilən ilk yardım paketi deyil. Bundan əvvəl Pakistan Milli Fəlakət İdarəsi Türkiyəyə hava və avtomobil yolu ilə təxminən 7 min qış çadırı və 33 mindən çox adyal göndərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM