satellite   Azerspace-1: 11135 H 30000

London Kiyevə vəd ediləndən 2 dəfə çox “Challenger 2” tankı verəcək

London Kiyevə vəd ediləndən 2 dəfə çox “Challenger 2” tankı verəcək

Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib ki, Kiyev iki dəfə çox “Challenger 2” tankı (14 əvəzinə 28) və daha çox (24 əvəzinə 33) “AS-90” 155 mm-lik özüyeriyən artilleriya qurğuları alacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna səfiri “Azadlıq Radiosu”na müsahibəsində bildirib.

Diplomat Ukraynanın digər silahlar, xüsusilə də təyyarələr əldə etmək variantlarını axtardığını da vurğulayıb və qeyd edib ki, NATO üzvlərinin hamısının ölkəmizdən silah tələbləri var.

Bundan başqa, o, əlavə edib ki, Böyük Britaniya Ukrayna qoşunlarının Britaniyada hərbi təlim keçmə müddətini əhəmiyyətli dərəcədə - iki yarım dəfə artırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM