satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İŞİD liderlərindən olan şəxs barədə məlumat verənə 5 milyon dollar mükafat vəd edib

ABŞ İŞİD liderlərindən olan şəxs barədə məlumat verənə 5 milyon dollar mükafat vəd edib

ABŞ Dövlət Departamenti Konqo Demokratik Respublikasında İŞİD terror təşkilatının lideri, Uqanda vətəndaşı Musa Balukunun harada olduğu barədə məlumat verənə 5 milyon dollar mükafat elan edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, Vaşinqtonun bildirdiyinə görə, Baluku terror aktlarında, adam oğurluğunda, zorlamalarda və mülki şəxslərin, o cümlədən uşaqların öldürülməsində iştirak edir. Həmçinin onun rəhbərliyi altında azyaşlılar zorla terror təşkilatına cəlb edilir.

Baluku "Mərkəzi Afrika vilayətinin" rəhbəri olmamışdan əvvəl qrupun şəriət hakimi idi. Bəzi məlumatlara görə, cihadçı əvvəllər İŞİD-in Mozambikdəki hücrəsində aparıcı vəzifələrdən birini tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM