satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan parlamentinin iclasında deputatlar arasında dava düşüb

Gürcüstan parlamentinin iclasında deputatlar arasında dava düşüb

Gürcüstan parlamentin hüquq komitəsinin martın 6-da keçirilən iclasında deputatlar arasında əlbəyaxa dava düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dava “Xarici təsir agentlər” haqqında qanun layihəsinin müzakirəsi zamanı olub.

Dava “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının deputatı Anri Oxanaşvili ilə müxalifəti təmsil edən deputatlar arasında yaşanıb. Qarşıdurmadan sonra “Ağmaşenebeli strategiyası”nın (“Strategiya Ağmaşenebeli”) lideri Giorgi Vaşadze və “Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvili iclas zalından çıxarılıblar.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin qarşısında da gərgin vəziyyət yaşanır. İctimai fəallar, QHT nümayəndələri və gənclər parlamentdə “Xarici təsir agentləri” haqqında qanun layihəsinin müzakirəsinə etiraz edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM