satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin Baş katibi martın 8-də Kiyevə səfər edəcək

BMT-nin Baş katibi martın 8-də Kiyevə səfər edəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin martın 8-də Kiyevə səfəri planlaşdırılır. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib. Onun sözlərinə görə, Quterreş bu gün Polşaya gələcək və oradan da Kiyevə gedəcək.

Quterreş Zelenski ilə görüşündə regiondakı vəziyyətlə yanaşı, Ukrayna taxılının ixracına dair sazişin müddətinin uzadılmasını müzakirə edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM