satellite   Azerspace-1: 11135 H 30000

Kolumbiyada qəzaya uğrayan təyyarədə olan 4 uşaq 40 gün sonra sağ-salamat tapılıb

Kolumbiyada qəzaya uğrayan təyyarədə olan 4 uşaq 40 gün sonra sağ-salamat tapılıb

Kolumbiyada mayın 1-də 7 nəfərlə birlikdə yoxa çıxan və mayın 17-də qalıqları tapılan kiçik təyyarədəki 4 uşağın sağ tapıldığı rəsmən təsdiqlənib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro öz tviter hesabında paylaşım edib.

O, paylaşımda yazır: “Bütün ölkə üçün böyük sevinc! 40 gün əvvəl Kolumbiyanın cəngəlliklərində itən 4 uşaq sağ-salamat tapılıb”.

Həftələrlə uşaqlar üçün dayanmadan axtarış aparan hərbçilər bu xəbəri "Möcüzə" olaraq açıqlayıb.

Sağ qalanlar arasında 11 aylıq körpə də var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM