satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə raket fabrikində yanğın olub, 5 nəfər ölüb

Türkiyədə raket fabrikində yanğın olub, 5 nəfər ölüb

Türkiyənin paytaxtı Ankara şəhərinin Elmadağ rayonunda yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı “Hürriyet” yayıb.

Bildirilib ki, müəssisə Maşınqayırma və Kimya sənayesinə məxsusdur.

Məlumata görə, yanğından və tüstüləmədən əvvəl fabrikdə partlayış səsləri eşidilib.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub.

Yanğının səbəbləri və şəraiti araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM