satellite   Azerspace-1: 11135 H 30000

Niderlandda sənaye zonasında güclü yanğın baş verib

Niderlandda sənaye zonasında güclü yanğın baş verib

Niderlandın qərbindəki Ter Aarda sənaye bölgəsində güclü yanğın olub.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderlandın Yayım Korporasiyası (NOS) məlumat yayıb.

Yanğının Ter Aardakı biznes parkında yerləşən sənaye bölgəsində, plastik məmulatlar istehsal edilən zavodda baş verdiyi bildirilir.

Yanğın qısa zamanda yaxınlıqdakı iş yerlərini bürüyüb. Eyni zamanda hadisə zamanı partlayış səsləri eşidilib, qaz balonları partlayıb.

Hazırda Ter-Aar xilasediciləri sənaye zonasında yanğının söndürülməsinə çalışır, yanğın nəzarət altına alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM