satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsi üçün rüsumları artırır

Türkiyə gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsi üçün rüsumları artırır

İyulun 1-dən Türkiyə gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları artıracaq.

Naxçıvan televiziyası Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"1983-cü ildən xarici gəmilər üçün xalis ödəniş 0,8063 dollar təşkil edirdi. 7 oktyabr 2022-ci ildə biz onu 4,08 dollara qaldırdıq və indi 2023-cü il iyulun 1-dən 4,42 dollar olacaq”, - nazir bildirib.

A.Uraloğlu vurğulayıb ki, bu qərar boğazların keçidini tənzimləyən Montrö Konvensiyasının müddəalarına tam uyğundur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM