İranın cənub-qərbində, Xuzistan əyalətində yerləşən İze şəhərində naməlum şəxs polis əməkdaşlarına atəş açıb.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Gənc Jurnalistlər Klubu" agentliyi məlumat yayıb.
Məlumata görə, naməlum şəxs minik avtomobilindən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Hadisənin motivləri və hazırda harada olması barədə məlumat verilmir.
Hadisə zamanı polis əməkdaşlarından biri ağır güllə yaraları alıb, o, xəstəxanada ölüb.
