satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna hərbçiləri Donetskin daha bir yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna hərbçiləri Donetskin daha bir yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Strojevoe kəndini işğaldan azad edib.

Naxçıvan televiziyası “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadasından bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb.

Ukrayna Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib. Müdafiə nazirinin müavini Anna Malyar 35-ci əlahiddə dəniz briqadasına təşəkkür edib və işğal altındakı bütün torpaqların azad ediləcəyini bildirib.

Qeyd edək ki, daha əvvəl Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələri də işğaldan azad edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM