satellite   Azerspace-1: 11135 H 30000

Ruslar döyüşdən qaçan hərbçilərini güllələyiblər - VİDEO

Ruslar mövqelərindən geri çəkilən döyüş yoldaşlarını güllələyiblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Teleqram” kanallarında video paylaşılıb.

Ukraynaya məxsus pilotsuz uçuş aparatı tərəfindən lentə alınan kadrlarda 7 rusiyalı hərbçinin mövqelərini tərk edərək meşəlik sahəyə doğru qaçdığı görünür. Məlumata görə, həmin hərbçilərin 6-sı silahsız olub.

Videonun davamında meşəlik ərazidən çıxan 3 silahlı rus əsgərinin öz döyüş yoldaşlarını güllələməyə başladığı görünür.

Qeyd edək ki, sözügedən hadisənin hansı tarixdə və ərazidə baş verdiyi məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM