satellite   Azerspace-1: 11135 H 30000

Xerson vilayətinin bir hissəsində uzun komendant saatı başlayıb

Xerson vilayətinin bir hissəsində uzun komendant saatı başlayıb

Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsində iyunun 13-dən 19-dək uzun müddətli komendant saatı elan edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Kaxovka Su Elektrik Stansiyasında bəndin dağılmasının nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahın teleqram kanalında bildirilir. Məlumata görə, bölgədə hərəkət məhdudiyyəti saat 15:00-dan ertəsi gün saat 12:00-dək qüvvədə olunacaq.

Operativ qərargahın məlumatına görə, sakinlər saat 12:00-dan 15:00-dək humanitar yardımların verilməsi üçün xüsusi təchiz olunmuş məntəqələrdən dərman, ərzaq və içməli su ala bilərlər.

Ukrayna Daxili İşlər Nazirliyi Kaxovka su elektrik bəndinin dağıdılmasından sonra baş verən daşqınlar nəticəsində azı 10 nəfərin öldüyünü, 41 nəfərin isə itkin düşdüyünü təsdiqləyib. Həmçinin bildirilir ki, Xersonda yerli həkimlərlə yanaşı, İsraildən olan könüllülər də zərərçəkənlərə tibbi yardım göstərirlər. Su basmış ərazilərin daim atəşə tutulmasına baxmayaraq, insanların təxliyəsi və müalicəsi davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM