satellite   Azerspace-1: 11135 H 30000

Krivoy Roqda yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb

Krivoy Roqda yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb

İyunun 13-nə keçən gecə Rusiya ordu hissələrinin Ukraynanın Krivoy Roq şəhərində yaşayış binasını raketlə vurması nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 25 nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib.

“Xilasedicilər axtarış işlərini başa çatdırıblar. Hazırda bina sökülür”, - deyə Lısak əlavə edib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, iyunun 13-nə keçən gecə rusların Ukraynaya atdıqları 14 raketdən 10-u hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM