satellite   Azerspace-1: 11135 H 30000

Donald Trampı 22 ilədək həbs cəzası gözləyir

Donald Trampı 22 ilədək həbs cəzası gözləyir

Məxfi sənədlərin qanunsuz saxlanılması ilə bağlı iş üzrə təqsirli bilinəcəyi təqdirdə ABŞ-ın sabiq prezidenti Donald Tramp 22 ilədək həbs cəzasına məhkum oluna bilər.

Naxçıvan televiziyası “Vice News” nəşrinə istinadla xəbər verir ki, sabiq prokuror Devid Aaronun fikrincə, Donald Trampı məxfi materiallarla bağlı iş üzrə 17,5 ildən 22 ilədək, ədalətin bərqərar olmasına mane törətdiyinə görə isə 7 ildən 9 ilədək həbs cəzası gözləyir.

Sabiq prezidentin özü isə o vaxt dövlət başçısı kimi sərəncamındakı sənədləri məxfilikdən çıxarmaq səlahiyyətinə malik olduğu üçün heç bir qanun pozuntusuna yol vermədiyini iddia edir. Lakin ittiham aktına əsasən, dövlət başçısının səlahiyyətləri onun Palm-Biç şəhərindəki iqamətgahında aşkarlanan nüvə sahəsinə aid materiallara şamil edilmir.

Beləliklə, Donald Tramp həbs olunacaq ilk ABŞ prezidenti kimi tarixə düşə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM