Rusiya ordusu Ukraynanın Sumı vilayətini artilleriyadan atəşə tutub, ölənlər var

Rusiya ordusu Ukraynanın Sumı vilayətini artilleriyadan atəşə tutub, ölənlər var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində həmin vaxt avtomobillə hərəkət edən Dövlət Meşə Təsərrüfatı Agentliyinin əməkdaşları həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının teleqram səhifəsində bildirilib.

Məlumata görə, gün ərzində Ukrayna regionunda 101 partlayış qeydə alınıb. Xotin, Miropolskaya, Belopolskaya, Znob-Novqorodskaya, Seredino-Budskaya, Esmanskaya, Novoslobodskaya və Velikopisarevskaya icmaları atəşə tutulub.

"Belopolye şəhərindəki uşaq evinə - internat məktəbinə artilleriya zərbələri endirilib. Orada olan 135 uşağın həyatı üçün böyük təhlükə var idi. İnternat işçiləri və xilasedicilər uşaqları təxliyə ediblər", - Sumı hərbi vilayət administrasiyasının rəhbəri Vladimir Artyux məlumat verib.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM