satellite   Azerspace-1: 11135 H 30000

Küveyt Türkiyədən “Bayraktar” PUA-ları alacaq

Küveyt Türkiyədən “Bayraktar” PUA-ları alacaq

Küveyt “Bayraktar TB2” pilotsuz uçan zərbə aparatlarının tədarükünə dair Türkiyə ilə müqavilə imzalayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Küveytin müdafiə nazirliyi sifariş olunan PUA-ların sayını göstərməsə də, müqavilənin dəyərinin 367 milyon dollar təşkil etdiyini bildirib.

Beləliklə, Küveyt “Bayraktar” PUA-ları almaq üçün müqavilə imzalayan 28-ci ölkə olub.

2019-cu ilin iyulunda “Bayraktar TB2” Küveytdə bir sıra sınaqlardan keçib. Aparat yüksək hərarət, külək və qum fırtınası kimi mürəkkəb iqlim şəraitində fasiləsiz olaraq 23 saat uçub. O, 650 kiloqram faydalı yük götürə və saatda 130 kilometrədək sürət yığa bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM