satellite   Azerspace-1: 11135 H 30000

Avropa Parlamenti Kaxovka SES-in dağıdılmasını hərbi cinayət kimi tanıyıb

Avropa Parlamenti Kaxovka SES-in dağıdılmasını hərbi cinayət kimi tanıyıb

Avropa Parlamentinin deputatları Rusiya hərbçiləri tərəfindən iyunun 6-da Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndinin partladılmasını hərbi cinayət adlandırıblar.

Naxçıvan televiziyası “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasının yekunlarına dair bəyanatında deyilir.

Qeyd edilir ki, parlamentarilər Rusiya hərbçilərinin bu hərəkətlərini kəskin pisləyiblər. Deputatlar Avropa Şurasının ayın sonunda Brüsseldə keçiriləcək iclasına hazırlıq prosesini nəzərdən keçiriblər.

Deputatlar Aİ-ni Ukraynaya güclü dəstəyi davam etdirməyə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə və rusiyalı oliqarxların milyardlarla aktivlərinin Ukraynanın yenidən qurulmasına yönəltməyə çağırıblar.

Xatırladaq ki, iyunun 6-na keçən gecə Rusiya qoşunları Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Kaxovka Su Elektrik Stansiyasının bəndini partladıblar. Rusiyanın terror aktı nəticəsində Kaxovka su anbarından axıntı başlayıb - onlarla yaşayış məntəqəsi su altında qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM