satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-da güclü tornado nəticəsində 3 nəfər ölüb, 100-ə yaxın yaralı var

ABŞ-da güclü tornado nəticəsində 3 nəfər ölüb, 100-ə yaxın yaralı var

ABŞ-ın Texas ştatının Perriton şəhərində baş verən tornado nəticəsində 3 nəfər ölüb, 100-ə yaxın şəxs yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Perritonda treyler evləri və telekommunikasiya qüllələri də dağılıb. Bundan əlavə, elektrik enerjisində fasilələr var.

Bununla bağlı yerli xəstəxananın nümayəndəsi telekanala bildirib ki, müəssisə elektrik generatorlarının köməyi ilə işləməyə məcbur olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM