satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon Ukraynanın əks-hücum əməliyyatı üçün təlim keçmiş əsgərlərin sayını açıqlayıb

Pentaqon Ukraynanın əks-hücum əməliyyatı üçün təlim keçmiş əsgərlərin sayını açıqlayıb

Qərb ölkələri əks-hücumda iştirak etmək üçün təxminən 60 min Ukrayna əsgəri hazırlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli məlumat verib. O, Kiyevə silah və hərbi texnika tədarükünü koordinasiya edən qrupun növbəti iclasının nəticələrinə yekun vurub.

"Ümumiyyətlə, beynəlxalq səylər nəticəsində 60 minə yaxın Ukrayna əsgəri hazırkı hücum əməliyyatı üçün hazırlanıb", - deyə amerikalı general bildirib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin daha əvvəl elan edilmiş əks-hücum əməliyyatı iyunun 4-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM