satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda qadınların könüllü əsgərliyə getməsi barədə qanun qəbul olunub

Ermənistanda qadınların könüllü əsgərliyə getməsi barədə qanun qəbul olunub

Ermənistan parlamentində qadınların könüllülük əsasında hərbi xidmət keçməsinə dair qanun layihəsi təsdiqlənib.

Naxçıvan televiziyası Armenpress agentliyinə istinadla xəbər verir ki, “Əsgərlik və əsgərin statusu haqqında” qanuna qadınların könüllü əsgərliyə getməsini nəzərdə tutan düzəliş səs çoxluğu ilə qəbul edilib.

Ermənistanın müdafiə naziri Suren Papikyanın sözlərinə görə, 18-27 yaş arası qadınlar əsgərliyə getmək üçün müraciət edə bilərlər. Onların əsgərlik müddəti 6 ay olacaq və hərbi xidməti başa vuran qadınlara 1 milyon dram (təxminən 4,2 min AZN) ödəniləcək. Qanun Ermənistan prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Ermənistanda 18-27 yaş arası kişilər iki il hərbi xidmət keçməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM