satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-ın dövlət borcu ilk dəfə 32 trilyon dolları ötüb

ABŞ-ın dövlət borcu ilk dəfə 32 trilyon dolları ötüb

ABŞ-ın dövlət borcu ilk dəfə 32 trilyon dolları ötüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə Nazirliyinin saytındakı məlumat bazasında da “ümumi dövlət borcu” bölməsində iyunun 16-na 32,04 trilyon dollar məbləğində vəsait göstərilib. Bu, ABŞ-ın dövlət borcu üçün rekord göstəricidir.

Hələ yanvar ayında ABŞ hökumətinin 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş borc tavanı aşılıb. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün təcili tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırır. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar dövlət borcunun tavan hissəsini artırmağa razılaşsalar da, büdcə xərclərini əhəmiyyətli dərəcədə azaldıblar.

İyunun 3-də ABŞ Prezidenti Co Bayden milli borc tavanının artırılması ilə bağlı Konqres tərəfindən təsdiqlənən qanun layihəsini imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM