satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə sutka ərzində iki dəfə zəlzələ olub

Türkiyədə sutka ərzində iki dəfə zəlzələ olub

Türkiyədə Rixter cədvəli üzrə 4 maqnitudada iki zəlzələ baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

İlk yeraltı təkanlar iyunun 18-də saat 18:36-da ölkənin şərqində, Malatya vilayətində 4,6 maqnitudada, 7,06 km dərinlikdə qeydə alınıb.

Həmçinin, saat 23:59-da Adana vilayəti, Saimbəyli rayonu ərazisində 4 maqnitudada zəlzələ olub.

Hələlik dağıntılar və tələfatlar barədə məlumat yoxdur.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 50,5 min nəfərə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM