satellite   Azerspace-1: 11135 H 30000

Kreml BMT nümayəndələrinin Kaxovka SES-in ərazisinə buraxılmamasına aydınlıq gətirib

Kreml BMT nümayəndələrinin Kaxovka SES-in ərazisinə buraxılmamasına aydınlıq gətirib

Kaxovka SES-in ərazisi daimi atəş altında olduğundan insanların təhlükəsizliyini təmin etmək çətindir.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov BMT nümayəndələrinin Kaxovka Su Elektrik Stansiyasının yaxınlığındakı əraziyə baxış keçirmək istəyinə münasibət bildirərkən deyib.

Peskov bildirib ki, həmin ərazidə təmas xəttinin haradan keçməsi, təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlər var.

“Bilirsiniz ki, orada davamlı atəşlər, davamlı təxribatlar gedir, mülki obyektlər atəşə tutulur, insanlar ölür. Onların təhlükəsizliyini təmin etmək çox çətindir. Bir çox başqa nüanslar da var”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Bürosu və Ümumdünya Miqrasiya Təşkilatı Rusiyanın onları Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasından sonra əhaliyə yardım göstərmək üçün Dnepr çayının sol sahilindəki və Rusiya Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərə buraxmadığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM