satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İsveçə səsdən sürətli bombardmançı təyyarələr göndərib

ABŞ İsveçə səsdən sürətli bombardmançı təyyarələr göndərib

ABŞ-ın iki “B-1B Lancer” səsdən sürətli bombardmançı təyyarəsi ilk dəfə İsveçin şimalındakı Norrbotten aviabazasına eniş edib.

Naxçıvan televiziyası xarici KİV-lərə istinadla xəbər verir ki, İsveçdə təyyarənin heyəti hərbi təlimlərdə iştirak edəcək.

İsveç Hərbi Hava Qüvvələri komandanının müavini Tommi Petersson bunu tarixi hadisə adlandırıb. Qeyd edib ki, bazar ertəsi başlayan təlimlər "ən ciddi məxfilik şəraitində" çoxdan planlaşdırılıb. “B-1B Lancer”in enişindən iki saat əvvəl Amerikanın “Hercules” hərbi-nəqliyyat təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin təxminən 50 əməkdaşını aviabazaya çatdırıb.

İsveç komandirinin sözlərinə görə, təlimlərin məqsədi ölkənin quruda və havada müdafiəsini məşq etməkdir. Manevrlərin nə qədər davam edəcəyini dəqiqləşdirməyib.

Mayın 14-də İsveç Müdafiə Nazirliyi Şimali Avropanın 14 ölkəsinin iştirakı ilə Hərbi Hava Qüvvələrinin “Arctic Challenge 2023” təlimini elan edib. Təlimlər Danimarka, Norveç, İsveç və Finlandiya tərəfindən təşkil olunacaq. Qeyd olunur ki, təlimlərə 14 ölkədən 120-yə yaxın təyyarə və 2,7 minə yaxın şəxsi heyət cəlb olunacaq.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə keçirilən sammitdə İsveçin NATO-ya daxil olması üçün təminatların olmaması barədə danışıb.

İyunun 17-də Türkiyənin müdafiə naziri ordu generalı Yaşar Gülər bildirib ki, İsveçin NATO-ya gedən yolu terrorla mübarizədən asılıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM