satellite   Azerspace-1: 11135 H 30000

Fransa Ukraynanın NATO-ya qəbulu ilə bağlı mövqeyini dəyişib

Fransa Ukraynanın NATO-ya qəbulu ilə bağlı mövqeyini dəyişib

Rəsmi Paris Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyini dəyişib və indi bu imkanı Kiyevin təhlükəsizliyinin müstəqil təminatı kimi qiymətləndirir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Le Monde” qəzeti hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Müdafiə Şurasının Yelisey sarayında keçirilən iclasında Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olmasına razılıq verilməsi müzakirə olunub.

“Bu perspektivin işarəsi Ukrayna Prezidenti Volodimir Zelenskini əks-hücumun nəticəsindən asılı olaraq uyğun gördüyü vaxt danışıqlara başlamağa inandıra bilər”,- xəbərdə vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM