satellite   Azerspace-1: 11135 H 30000

Paşinyanın müavini Ermənistanın KTMT-dən çıxacağı barədə sualı cavablandırmaqdan yayınıb

Paşinyanın müavini Ermənistanın KTMT-dən çıxacağı barədə sualı cavablandırmaqdan yayınıb

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan ölkəsinin Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatından (KTMT) çıxmaq barədə suala cavab verməkdən yayınıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, “Ermənistan KTMT-də üzvlüyünü dayandırmaq və yaxud dondurmağa hazırlaşırmı” sualına M.Qriqoryan “bu kimi suallar rəsmi mövqedən nəzərdən keçirilməlidir” cavabını verib.

O, məsələnin bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasında müzakirə olunduğu barədə suala da cavab vermək istəməyib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qərbin KTMT sıralarında parçalanma yaratmaq barədə bəyanatı və bu prosesdə Ermənistanın da rol oynadığını deməsinə gəlincə, M.Qriqoryan sadəcə bu sahədə problemlərin mövcudluğunu təsdiqləyib.

“Problemlər mövcuddur və onlar sizə də yaxşı məlumdur - bu barədə açıq şəkildə demişik. Bunun təşkilat üçün hansı nəticələrə gətirib çıxaracağını özünüz qiymətləndirin”, - o söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM