satellite   Azerspace-1: 11135 H 30000

Kaxovka SES-in partlaması nəticəsində ətraf mühitə dəyən ziyan açıqlanıb

Kaxovka SES-in partlaması nəticəsində ətraf mühitə dəyən ziyan açıqlanıb

Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması nəticəsində ətraf mühitə dəymiş ümumi ziyan 1,5 milyard dollar həcmində qiymətləndirilir.

Naxçıvan televiziyası “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Londonda keçirilən Ukraynanın bərpası üzrə konfransda deyib.

Onun sözlərinə görə, buraya kənd təsərrüfatına, infrastruktura, yaşayış binalarına dəyən zərərin ilkin hesablamaları və stansiyanın özünün bərpası xərcləri daxildir.

Ukrayna hökumətinin başçısı qeyd edib ki, Dünya Bankı tərəfindən 411 milyard dollar dəyərində qiymətləndirilən Ukraynanın bərpasının ümumi dəyəri Kaxovka SES-in partladılmasından sonra artacaq.

Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib. Son məlumatlara görə, stansiyanın partladılması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM