satellite   Azerspace-1: 11135 H 30000

Kiyevdə partlayış olub, ölən və yaralananlar var

Kiyevdə partlayış olub, ölən və yaralananlar var

Ukraynanın paytaxtı Kiyevdə çoxmərtəbəli binada qaz partlayışı baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "RBC-Ukraina" Kiyev meri Vitali Kliçkonun teleqramına istinadən məlumat yayıb.

"Partlayışın Desnyansk rayonunda qeydə alınıb. Dağıntılar altından bir nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - Kliçko bildirib.

Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, 16 mərtəbəli binada qazın partlaması nəticəsində 4 mənzil dağılıb, 6 mənzilə isə ziyan dəyib. 18 nəfər xilas edilib. Fəsadların aradan qaldırılmasına 70 nəfər və 13 texnika cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM