satellite   Azerspace-1: 11135 H 30000

Parisin 5-ci rayonunda güclü partlayış baş verib

Parisin 5-ci rayonunda güclü partlayış baş verib

Parisin 5-ci rayonunda yerli vaxtla saat 17:00-da güclü partlayışdan sonra yanğın baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, ilkin məlumata görə, partlayışa səbəb təbii qaz sızması olub. Partlayış olan binanın fasadı küçəyə uçub. Fasadı uçmuş binada Paris Amerika Akademiyasının yerləşdiyi bildirilir.

Partlayışdan əvvəl sakinlər qaz iyi hiss etdiklərini deyiblər. Hadisə nəticəsində 4 nəfər ağır olmaqla 29 nəfərin yaralandığı bildirilir. Uçqunlar altında 2 nəfərin axtarışı davam edir.

Hadisə yerinə 270 yanğınsöndürən və 9 həkim cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM