satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan senatı Qazaxıstanla sərhədin demarkasiyası haqqında müqaviləni təsdiqləyib

Özbəkistan senatı Qazaxıstanla sərhədin demarkasiyası haqqında müqaviləni təsdiqləyib

Özbəkistan parlamentinin yuxarı palatası (senat) Qazaxıstanla dövlət sərhədinin demarkasiyası haqqında müqaviləni təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumat Özbəkistan senatının saytında dərc olunub.

“Bu müqavilə ilə Özbəkistan-Qazaxıstan dövlət sərhədinin müəyyənləşdirilməsi işləri tamamilə başa çatdırılıb və sərhədlərin təhlükəsizliyini və toxunulmazlığını təmin etmək üçün ən mühüm ilkin şərtlər yaranıb”, - deyə məlumatda bildirilir. Həmçinin qeyd edilir ki, sənəd 2022-ci il dekabrın 21-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tərəfindən imzalanıb.

Özbəkistan və Qazaxıstan arasında dövlət sərhədinin demarkasiya olunmuş xəttinin uzunluğu 2356 kilometrdən çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM