satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada hərbi vəziyyət rejiminin pozulmasına görə cəzalar sərtləşdirilir

Rusiyada hərbi vəziyyət rejiminin pozulmasına görə cəzalar sərtləşdirilir

Rusiya Prezidenti Vladimir Putin hərbi vəziyyət rejiminin pozulması ilə bağlı qanunu imzalayıb.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı TASS yayıb.

Qanuna əsasən, marşrut kartı olmadığı halda, cərimə ödənilənə qədər sərnişin daşımalarının həyata keçirilməsi məhdudlaşdırılır.

Sənəddə qeyd olunub ki, “Hərbi vəziyyət haqqında” və digər qanun və hüquqi aktlarla müəyyən edilmiş normalara riayət edilməməsinə görə fiziki şəxslər 1000 rubl məbləğində cərimə və ya 30 günə qədər inzibati həbs ediləcək.

Bu hərəkətlərdə cinayət tərkibi yoxdursa, vəzifəli şəxslər üçün 2000 rubl məbləğində cərimə və ya 30 günə qədər inzibati həbs nəzərdə tutulub.

Avtonəqliyyat vasitəsindən istifadə etməklə törədilən oxşar pozuntuya görə, əlavə cəza kimi onun müsadirəsi də nəzərdə tutula bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM