satellite   Azerspace-1: 11135 H 30000

Peskov: "Lukaşenko vasitəçi oldu, çünki o, Priqojini uzun illərdir tanıyırdı"

Peskov: "Lukaşenko vasitəçi oldu, çünki o, Priqojini uzun illərdir tanıyırdı"

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə çoxdan tanış olduğu üçün vasitəçi rolunu təklif edib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Yəqin ki, məndən Prezident Aleksandr Lukaşenkonun vasitəçilik səbəbini soruşacaqsınız. Fakt budur ki, Lukaşenko Priqojinlə çoxdan, təxminən 20 ildir şəxsən tanışdır”, - deyə D.Peskov vurğulayıb.

Onun sözlərinə görə, bu təklif şəxsən Lukaşenkodan gəlib və Rusiya Prezidenti tərəfindən razılaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl Minskdə Priqojinin Belarus Prezidentinin təklifini qəbul edərək silahlı dəstələrinin hərəkətini dayandırdığı bildirilib. Daha sonra Peskov Yevgeni Priqojinə qarşı cinayət işinə xitam verəcəyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM