satellite   Azerspace-1: 11135 H 30000

Əlli dörd ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib

Əlli dörd ildə Məkkəyə 99 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Qeyd olunub ki, 54 il ərzində 99 milyondan çox zəvvar Məkkəyə səfər edib. Bu ildə 2,4 milyon insan Həcc ziyarətinə gedir.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən verilən məlumata görə, cari ildə əcnəbi zəvvarlar üçün Həcc ziyarəti xərcləri 39 faiz azaldılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM