satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu Baxmut ətrafında irəliləyib

Ukrayna ordusu Baxmut ətrafında irəliləyib

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri ötən gün ərzində Baxmut şəhəri istiqamətində irəliləyişini davam etdirib.

Naxçıvan televiziyası UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşun qruplaşmasının sözçüsü Sergey Çerevatı bildirib.

"Müdafiə qüvvələri Baxmut istiqamətində təşəbbüsü əlində saxlayır, hücum əməliyyatlarını davam etdirir, düşməni darmadağın edir. Bir gün ərzində Baxmut ətrafında cənub və şimal cinahlarda 600-1 000 metr məsafə qət edilib, 186 nəfər işğalçı məhv edilib, 224-ü yaralanıb. 8 nəfər əsir götürülüb”, - o bildirib.

Çerevatının sözlərinə görə, həmçinin düşmənin bir tankı, bir piyada döyüş maşını, iki özüyeriyən artilleriya qurğusu, 2 MLRS (reaktiv yaylım atəş sistemləri), 3 tank əleyhinə sistemi, 3 sursat anbarı, 3 kamikadze dronu və s. məhv edilib.

O, həmçinin əlavə edib ki, Rusiya ordusu qüvvələrini Baxmuta hava-desant hissələrini çəkməyə davam edir ki, bu da düşmənin şəhəri saxlamaq istədiyinin göstəricisidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM