satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna MN: "İtkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır"

Ukrayna MN: "İtkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır"

"Ötən həftənin yekunlarına əsasən, itkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.

Son həftədə Ukrayna Silahlı Qüvvələrinin cəbhənin cənub və şərq istiqamətlərində irəlilədiyini qeyd edən nazir müavini bu müddət ərzində Rusiyanın 17 zenit-raket kompleksinin məhv edildiyini bildirib.

O, bundan başqa düşmənin 11 komanda məntəqəsinin və 7 sursat anbarının vurulduğunu, eləcə də yüzlərlə texnikasının, tank, helikopter və artilleriya sistemlərinin məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM