satellite   Azerspace-1: 11135 H 30000

Vardan Oskanyan: "Paşinyanın minimum diplomatik bacarığı yoxdur"

Vardan Oskanyan: "Paşinyanın minimum diplomatik bacarığı yoxdur"

"Paşinyanın minimum diplomatik bacarığı yoxdur".

Naxçıvan televiziyası Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyan feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, vicdan rahatlığına aparan birbaşa və ən qısa yol könüllü istefadır: "2018-ci ilin aprelindən sonra Ermənistanda və onun ətrafında baş verənlər ölkənin birinci şəxsinin, ali baş komandanın və xarici siyasətə cavabdeh olan yeganə şəxsin uğursuzluğunun nəticəsidir. Həqiqətən də Paşinyanın minimum diplomatik bacarığı olsaydı, biz müharibədən qaça bilərdik”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyana qarşı müxalifət liderlərinin və keçmiş məmurların ittihamları artmaqdadır. Bəziləri onu devirməyə çağırış edir, bəziləri isə onu könüllü şəkildə istefaya getməyi tələb edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM